ƏVVƏL (İlk)


O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid, 3)
Kainatın başlanğıcı vardırmı?
Şübhəsiz bu sual əsrlərlə insanların cavab axtardıqları sual olmuşdur. Bu mükəmməl nizamın Yaradıcısının da olmasını qavrayan insanlar, kainatın başlanğıcı olduğuna inanmışlar. Ancaq insanların bir qismi də Yaradıcının varlığını qəbul etmək istəməmiş və buna görə kainatın başlanğıcı olmadığını, əzəldən gəldiyini və əbədə gedəcəyini iddia etmişlər. Ancaq bu gün elmin gəldiyi nəticə bu şəxslərin açıq-aşkar səhv etdiklərini sübut etmişdir.
Bu günə qədər kainatın yaranmasıyla əlaqədar müxtəlif tezislər ortaya qoyulub, ancaq bu dövrdə bütün elm sahələri ortaq nəticəyə gəliblər. Elmin yaxın zamanda kəşf etdiyi həqiqət bu vəziyyətə aydınlıq gətirib. 1929-cu ildə, Edwin Habl tərəfindən ortaya qoyulduğu kimi kainat davamlı genişləyir. Bu həqiqətdən qaynaqlanan elm adamları belə bir nəticəyə gəliblər: Zaman anlayışını tərsinə çevirsək, genişlənməkdə olan kainatı sıxışan bir sistem olaraq, məsələn: daralmaqda olan nəhəng ulduz kimi düşünə bilərik. Bu vəziyyətdə ortaya çıxan nəticə belədir; keçmişə doğru səyahət etsək daralan kainatın nə vaxtsa bir nöqtə halında olduğunu görərik. Yəni kainatın başlanğıcı bir nöqtənin partlaması ilə olmuşdur.
Bizim bundan çıxarmalı olduğumuz nəticə budur: İçində yaşadığımız kainatın bir başlanğıcı var. Bu cür qüsursuz sistemin bir başlanğıcı olduğuna görə, əlbəttə, bu başlanğıcı hazırlayan bir gücün varlığı da aşkardır. Bu Güc Sahibinin varlığı əzəli və əbədidir. Yəni O, hər şeydən əvvəl də vardır, sonra da olacaq.
Bu sonsuz gücün sahibi Allahdır və canlıların, planetlərin, qalaktikaların, bütün kainatın yaradılmadığı və hətta zamanın da hələ var olmadığı anda yalnız Allah var. Çünki O “Əvvəl”dir.