NUR (Aləmləri nurlandıran, istədiyi simalara, zehinlərə və könüllərə nur yağdıran)


Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur Surəsi, 35-36)

QANİYY (Çok zəngin, hər şeydən müstağni (münəzzəh) olan (heç kimə ehtiyacı olmayan))


Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O şükrə layiqdir! (Fatır Surəsi, 15)
Tarix boyunca yaşayan azğın və qürurlu şəxslərin ortaq xüsusiyyətlərindən biri də güc və mal-mülk sahibi olmalarıdır. Bu şəxslər Allahın verdiyi nemət və imkanlarla Allaha qarşı böyüklənmiş və Ondan üz çevirmişlər. Sahib olduqları hər şeyin gerçək sahibinin Allah olduğunu unutmuş, Onun özlərinə lütf edib bağışladığı mal-mülkü sahiblənməyə qalxmışlar. Sadəcə inkar etməklə qalmamış, iman edənlərə də təzyiq və zülm etmiş, Allahın elçilərinə də düşmənliklə baş qaldırmışlar. Sonda Allah dözülməz bir əzabla onları cəzalandırmış, özlərini də, mallarını da yerin dibinə keçirmiş və hər şeydən müstağni olduğunu (heç kimə ehtiyacı olmadığını) göstərmişdir. Allah bu qövmlərin vəziyyətlərini bir ayədə belə xəbər verir:

FATIR (Yaradan, icad edən)


“Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf Surəsi, 101)
Yaşadığımız dünyaya baxdığımız zaman üzərində həyatın olması üçün xüsusi olaraq yaradıldığını görürük. Dünyanın kosmosdakı mövqeyi, canlıların ehtiyacı olan hər cür detalın Dünyada var olması bu planetin üstün bir ağılın əsəri olduğunun açıq-aşkar dəlilidir. Həyat üçün son dərəcə əlverişli yaradılan bu planetin üzərində yaşayan canlılara baxdığımız zaman da eyni gerçəklə qarşılaşırıq. Dünya üzərində var olan bütün canlılarda heyrətamiz bir dizayn var. Hər canlı özü üçün uyğun mühitdə, uyğun bədən quruluşuyla həyatını davam etdirir.

CABBAR (Dilədiyini zorla etdirməyə müqtədir olan)


“O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır” (Həşr Surəsi, 23)
Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.

BƏRR (Qullarına qarşı yaxşılığı çox olan)


Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!” (Tur surəsi, 28)
Allah insanı yaratmış və onu yaşaması üçün hər cəhətdən əlverişli olan məkana yerləşdirmişdir. Bu məkanda var olan hər şeyi də insan üçün xüsusi yaratmış və onun xidmətinə vermişdir. Nəhl Surəsində Allah insanlara təqdim etdiyi nemətlərin bir qismini belə xəbər verir:

ZAHİR (Aşkar olan)


O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid, 3)
Allahın varlığının dəlilləri düşünən hər insanın rahatlıqla təsbit edə biləcəyi qədər aşkardır, bütün kainata yayılmışdır. İnsanın Allahın varlığını qavraya bilməsi üçün heç bir araşdırma etmədən, yalnız içində yaçadığı mühiti diqqətlə araşdırması kifayətdir. Çünki bütün kainat yaradılış dəlillərini nümayiş etdirən detallarla doludur. Ən sadəsindən ən kompleksinə qədər var olan bütün sistemlər son dərəcə kompleks, daxil olduqca daha çox sirri ortaya çıxaran yaradılış möcüzələri ilə doludur. Allah bu möcüzələrlə əlaqədar Quranda belə nümunələr vermişdir:

VAHİD (Tək olan, Şəxsində, sifətlərində, işlərində, adlarında, hökmlərində, əsla ortağı və ya bənzəri, tayı olmayan)


Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhmdir (bağışlayan və əsirgəyəndir). (Bəqərə Surəsi, 163)
Allahın böyüklüyünü qavramayan insanlar Allaha bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda Hz. İbrahimlə Allahın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allaha kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:

ŞƏFİ (Şəfaətçi)


Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?”De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zumər Surəsi, 43-44)
Allaha şirk qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini  zənn edirlər. İnanclarına görə bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki, bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allahın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:

RAKIB (Bütün varlıqlara nəzarət edən, bütün işlər idarə edən)


Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa Surəsi, 1)
Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə, gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allahdır.

NASİR (Kömək edən)


Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat Surəsi, 116)
İnananların tək köməkçisi və vəlisi Allahdır. Möminlər hər cür çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allahın razılığını qazanmaq məqsədiylə xərclənəcək mal, mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allaha yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. (Saffat Surəsi, 171-172)

MUAZZİB (Əzablandıran)


O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr Surəsi, 25-26)
Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə təqdim etmişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qismi azğınlıqla Allaha iman edən möminlərə düşmənçilik bəsləyir, Allahın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək.

XALİQ (Hər şeyin varlığı və varlığı boyunca görüb keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən)


Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur Surəsi, 45)
Arı pətəyindəki bütün arılar vəzifələrini qüsursuz yerinə yetirirlər. İşçi arılar şanın istehsalında işləyir, şanı havalandıraraq dərəcəsini həmişə sabit saxlayır, şana çiçəklərdən yığdıqları qidaları gətirirlər. Kraliça arı isə şanın içində sabit qalaraq nəslin davamını təmin edir. Ağcaqanad yumurtadan çıxdığı an yetkin halına heç bənzəmir. Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 4 dəfə dərisini dəyişdirir. Sürfə dövrünün sonuna yaxın dərisi açılır və yetkin ağcaqanad sürfənin içindən suya dəymədən çıxır.

MÜDRİK (Hikmət sahibi, sağlam, möhkəm olan)


O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr Surəsi, 24)
İnsanın ətrafında gördüyü hər şey yaradılmışdır. Kainatda müəyyən bir istiqamətə doğru irəliləyən qalaktikalar, Günəşin ətrafında müəyyən bir orbitdə dönən Dünya, canlıların bədənlərindəki -hələ bu əsr kəşf edilən- mürəkkəb sistemlər və gözlə görülməyən mikro aləmdə meydana gələn -yeni kəşf edilmiş- hadisələr silsiləsi... Şübhəsiz, elm inkişaf etdikcə, insanların elmi artdıqca, ən kiçikdən ən böyüyə qədər kainatdakı hər detalın nə qədər incə hesablarla nizamlanmış olduğu daha da aşkar görünür.

HADİ (Hidayət lütf edən, doğru yola yönəldən)


Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc Surəsi, 54)
Yer üzündə iki cür insan var: Allahın gücünü bilib təqdir edənlər və Allahın gücünü tanımayıb, buna görə də təqdir edə bilməyənlər.
İkinci qrupdakı insanlar normal həyat yaşayır və ölürlər. Həyatları ərzində nə üçün yaşadıqlarını, onları kimin yaratdığını, özlərini yaradan Allaha qarşı hər hansı bir məsuliyyətlərinin olub-olmadığını və ya özləriylə birlikdə bütün kainatı yoxdan var edən Rəbbimizin sonsuz gücünü düşünmək istəmirlər.

ƏVVƏL (İlk)


O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid, 3)
Kainatın başlanğıcı vardırmı?
Şübhəsiz bu sual əsrlərlə insanların cavab axtardıqları sual olmuşdur. Bu mükəmməl nizamın Yaradıcısının da olmasını qavrayan insanlar, kainatın başlanğıcı olduğuna inanmışlar. Ancaq insanların bir qismi də Yaradıcının varlığını qəbul etmək istəməmiş və buna görə kainatın başlanğıcı olmadığını, əzəldən gəldiyini və əbədə gedəcəyini iddia etmişlər. Ancaq bu gün elmin gəldiyi nəticə bu şəxslərin açıq-aşkar səhv etdiklərini sübut etmişdir.

CAMİ (İstədiyini, istədiyi zaman, istədiyi yerdə yığan)


“Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!” (Ali-İmran Surəsi, 9)
Dağınıq şeylərin bir yerə toplanması mənasını verən 'cəm' sözü, Allahın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah, canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir:
“Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Bəqərə Surəsi, 148)

BƏDİ (Nümunəsiz olaraq yaradan)


Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” – deyər, o da olar. (Bəqərə Surəsi, 117)
Ən qabiliyyətli, ən ağıllı insanın kəşf edə biləcəyi yenilik, düşünə biləcəyi fərqli fikir ancaq o günə qədər öyrəndikləri və ətrafında gördükləriylə məhduddur. İnsan yer üzünə beş hiss ilə gəlmişdir və bu hisslərdən başqa altıncı hissi təxəyyül etməsi belə mümkün deyil. Üstəlik sahib olduğu hissləri də ancaq müəyyən çərçivədə istifadə edə bilir. Məsələn: müəyyən rəngləri görür, müəyyən tezliklərdəki səsləri eşidir. Buna görə də yer üzündə olmayan bir şeyi düşünməsi, kəşf etməsi, ağlına gətirməsi əsla mümkün deyil.

KARİB (Yaxın olan)


Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə Surəsi, 186)
Allahı haqqıyla tanımayanlar və Quran ayələrindən uzaq yaşayanlar, Allahın varlığı haqqında çox səthi və az məlumata sahibdirlər. Bunlardan "yeri və göyləri yaradan kimdir?" deyə soruşduqda "Allahdır" deyirlər. Lakin insanı ən incə detalına qədər planlayıb, ən gözəl surətdə yaradan Allahın göylərdə olduğunu və özlərindən çox uzaqda olduğunu zənn edirlər. Halbuki, Allah Qatından göndərdiyi ayələrlə Özünü qullarına tanıdır. İnsana nə qədər yaxın olduğunu Qaf Surəsinin 16-cı ayəsində belə bildirir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf Surəsi, 16)