RAQİB (Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən)

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa Surəsi, 1)

Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə, gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allahdır.

MUHSİN (Lütfkar, bəxş edən)

... De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”. O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali-İmran Surəsi, 73-74)
Həm mükafat və şövq qaynağı, həm də qarşılıqsız lütf və lütfkarlığın nümunəsi olaraq saleh qullarına dünyada nemət və gözəllik verməsi Allahın dəyişməz qanunudur.
Zənginlik, ehtişam və gözəllik cənnətin ən fundamental xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi qullarına cənnəti xatırladacaq, onların cənnətə qovuşma arzu və həyəcanlarını artıracaq nemətlərin və mühitlərin bənzərlərini bu dünyada da yaradır. İnkarçıların əbədi əzabları necə ki, daha bu dünyada ikən başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlayır.

VƏKİL (İşlərini Özünə buraxanların işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən)

Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər (Nisa Surəsi, 81)
Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allahın dinini izah edərkən, bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri birliklər çox vaxt onlara düşmənliklə qarşı çıxmışlar. Ancaq elçilər Allahın birliyini, Onun əmr və qadağanlarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allahı vəkil tutmuş, yalnız Onun məmnuniyyətini axtarmışlar.

MUĞNİ (İstədiyini zəngin edən)

Dövlətli edən də, kasıb edən də Odur. (Nəcm Surəsi, 48)
Gerçək zənginlik yalnız Allaha aiddir. O dilədiyini Öz fəzlindən zəngin edir, dilədiyini də müəyyən bir müddətə qədər kasıblıqla sınayır. 'Varis' sifətində də ifadə etdiyimiz kimi hər şeyin varisi yalnız Allahdır. İnsanların dünyada sahib olduqları zənginliklər, mal-mülk də yalnız Allaha aiddir.
Hər insan ömrü boyu çalışıb qazandığı hər şeyi ölümlə birlikdə geridə buraxır. Ancaq bütün bunlara baxmayaraq yaşadığı qısa həyatda mal-mülk sahibi olmaqla fəxr edən, zənginliyi ilə təkəbbürlənən və bunun nəticəsində Allahı unudan şəxslər üçün Quranda belə hökm edilir:

MÜBƏYYİN (Açıqlayan)

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz. (Bəqərə Surəsi, 242)
İnsan niyə yaradıldığını, nə etməli olduğunu və öldükdən sonra nə ilə qarşılaşacağını sadəcə Allah özünə açıqladığı üçün bilir. Yoxsa insan Allahın endirdiyi kitablar, göndərdiyi elçilər və onlar vasitəsiylə açıqlanan məlumatlar olmasa çox çarəsiz, aciz və qorxu içində yaşamaq məcburiyyətində qalardı. Halbuki qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah bütün suallarının cavabını insanlara göndərdiyi kitabıyla açıqlamış və onları qarşılaşacaqları çarəsizliklərdən qurtarmışdır.

VASİ (Geniş olan, hər şeyi əhatə edən)

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir.(Maidə Surəsi, 54)

Allahın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanların üstündədir. Çünki məkanı da yaradan Allahdır. Bir çox cəmiyyətdə Allahın göylərdə olduğu zənni məşhurdur. Allaha dua etdiklərində insanlar, üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Gerçəkdə isə Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Bəqərə Surəsi, 115)

SANİ (Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan)

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml Surəsi, 88)
Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağlın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz bunlar Allahın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allahın 'Sani' sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn: insan bədənini araşdırsaq qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn: gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır.

MUHSİ (Sonsuz da olsa, hər şeyin sayını bilən)

(Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm Surəsi, 94)
"O yaratdığını bilməzmi?" (Mülk Surəsi, 14) ayəsində bildirildiyi kimi Allah kainatda yaratdığı hər şeyi ən incə detalına qədər bilir, bütün canlılara hakimdir. Çünki onların hər birini rənglərinə, formalarına, görünüşlərinə, xüsusiyyətlərinə qədər Allah yaratmışdır. Yaratdığı canlı və cansız varlıqların sayını da dəqiq təyin edib. Şübhəsiz bu, insanın əsla sahib ola bilməyəcəyi, gücü çatmayacağı bir elmdir və yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur.

MUAXXİR / MUQƏDDİM (İstədiyini geri qoyan, arxaya buraxan istədiyini irəli keçirən, önə alan)

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl Surəsi, 61)

Allah dilədiyini təxirə salab geridə buraxan, dilədiyini də önə alab irəli keçirəndir. Hər şeyin tək Yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etməyə qadirdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah Qatında əvvəldən təsbit edilmişdir. Bütün varlıqların gerçək sahibi olan Allah, bu varlıqların həyatlarındakı bütün hadisələri öz zamanı ilə təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyi an reallaşmalı olan hadisə mütləq reallaşır. Bu reallaşan hadisə ancaq Allahın diləməsiylə olur. Ondan başqa heç kim hər hansı bir hadisəni qabaqlaya və ya təxirə sala bilməz. Necə ki, bu gerçəyə Quranda belə diqqət çəkilir:

MÜTƏKƏBBİR (Hər şeydə və hər hadisədə böyüklüyünü göstərən)

"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox Ucadır." (Həşr Surəsi, 23)
Allah böyüklüyünü və qüdrətini Quranda verdiyi nümunələrlə izah edir. Bu nümunələrdən biri Hz. Musanın Allahı görmək istəməsidir. Hz. Musa Allahı görmək istəmiş, buna görə də Ona səslənərək: "Rəbbim, mənə göstər, Sənə baxım" demişdir. Bunun üzərinə Allah: "Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən." deyə cavab verir. Allah dağa təcəlli edincə onu parça-parça edir və Hz. Musa huşunu itirərək yerə yıxılır. Özünə gələn kimi ilk söylədiyi isə "Sən pak və müqəddəssən!" (Əraf Surəsi, 143) olur.

VƏHHAB (Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən)

Yoxsa, güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad Surəsi, 9)
Daha əvvəl də bəhs etdiyimiz kimi Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allaha yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükr etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə Hz. Süleymanın duasıdır. Bir ayədə Hz. Süleymanın 'həqiqətən mən mal sevgisini Allahı zikr etməkdən ötəri seçdim' (Sad Surəsi, 32) dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:

MƏLCA (Özünə sığınılan)

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Tövbə Surəsi, 118)

İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmışdır. Bir problemi həll etmənin, ya da bir zərərin qarşısını almağın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır.

SALAM (Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən)

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr Surəsi, 23)
Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl Surəsi, 96-97)

MƏTİN (Çox möhkəm olan)

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58)

İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi əvvəldən yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını, lakin heç nədən məsul olmadığını müdafiə edir.

Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi Allahı lazım olduğu kimi təqdir edə bilməmək problemi var.

RƏZZAQ (Ruzi verən, insanların faydalanması üçün nemət bəxş edən)

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58)
Nə dağ, nə də dənizi olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. Üzərində heç bir bitki yetişmir, heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç nə yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir qaynağa getməli və oradan su daşımalısınız. Siz bu dünyada doğulduğunuz zaman həyatınızı davam etdirmək üçün ömrü boyu o acı otdan yeyər, su içmək üçün də hər gün kilometrlərlə yol gedərdiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərdiniz. Bir gün belə "niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli və növ-növ tərəvəzlər çıxmır?" deməzdiniz. Çünki ömür boyu qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzdiniz.

MƏCİD (Şanı böyük və yüksək)

Ərşin sahibidir; Məcid (çox Uca)dır. (Büruc Surəsi, 15)
Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün əslində gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki təkəbbürə görə inkar edirlər.
Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqdakı ulduzlar, böyük səs-küylə və inanılmaz güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülmüş minlərlə metr yüksəklikdəki dağlar, içində bir-birindən fərqli rəngdə və səsdə saysız canlı növləri olan meşələr Allahın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.

VƏLİ (Yaxşı qullarına dost olan)

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə Surəsi, 257)
İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. Bu dost onu heç vaxt buraxıb getməz, əsla tərk etməz, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daim qarşılıqsız bəxş edəndir. Şübhəsiz, bu dost Rəbbimiz olan Allahdır. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Özünə inanan insanları hər cür əskiklikdən və səhvdən təmizləyir, onlara çox seçkin həyat və axirətdə də heç tükənməyəcək olan mülk vəd edir.

MÜZƏYYİN (Bəzəyən)

Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hucurat Surəsi, 7)
İmanı sevmək və imanın təsiriylə maddi, mənəvi ləzzətlərdən zövq almaq, inkardan nifrət edib onu çirkin görmək, hər nə qədər təbii davranış kimi görünsə də əslində tamamilə Allahın lütfü sayəsində qovuşulan nemətdir. Allah bu metafizik vəziyyəti yuxarıdakı ayəsiylə bildirmişdir.

MƏLİK (Bütün kainatın sahibi və mütləq surətdə hökmdarı)

De ki: İnsanların Rəbbinə sığınaram. İnsanların malikinə, insanların (gerçək) ilahına; (Nas Surəsi, 1-3)
Allahın 'Məlik' sifəti Onun var olan hər şeyin sahibi olduğu mənasını verir. Bizim gördüyümüz və görə bilmədiyimiz varlıqların hər birinin yaşadığı aləmlərin Yaradıcısı və tək sahibi Allahdır. Yaşadığımız kainatın əzəli və əbədi hökmdarı da Odur. Bütün ulduzlar, insanlar, heyvanlar və bitkilər, görə bilmədiyimiz aləmlərdə yaşayan cinlər, şeytanlar, mələklər və daha bilmədiyimiz bir çox varlıq Allahın əmrinə tabedir. Aləmlərin mülkünü əlində saxlayan və buralarda hökm sürən fövqəladə nizamın həyat tapmasını təmin edən yalnız aləmlərin Rəbbi olan Allahdır.

SADİQ (Vədinə sadiq, doğru)

(Budur) Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir. (Rum Surəsi, 6)
Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən məhrum edən elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən Kitablar göndərmişdir. Bu kitablardan Quran Allahın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır.
Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq gerçəyə ehtimal verməyən inkarçılar Allahın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük səhv içində olan bu insanlara Allah belə buyurur:

RAUF (Çox əsirgəyən, çox şəfqətli)

Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir. (Bəqərə Surəsi, 143)
Allahın yaratdığı bütün canlılar qüsursuz, üstün yaradılış və kompleks quruluş sayəsində həyatlarını davam etdirirlər. Bu, Rəbbimizin mərhəmətinin və rəhmətinin dəlillərindəndir. Çünki heç bir canlı özü üçün ən uyğun, ən əlverişli şəkildə yaşamaq üçün güc sərf etməmiş, yalnız Allahın üstün ağlına təslim olmuşdur. Allah ehtiyacları olan hər şeyi onsuz da onlara vermişdir.

MALİK-ÜL MÜLK (Mülkün əbədi sahibi)

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran Surəsi, 26)
Hal-hazırda gördüyünüz hər şeyin bir sahibi var. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin Yaradıcısı Allahdır. Saxsıda açan çiçək Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su və s.) böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün ordadırlar.

QUDDÜS (Səhvdən, qəflətdən və hər cür əskiklikdən çox uzaq, çox təmiz)

Göylərdə və yerdə olanların hamısı Məlik, Quddüs, Əziz, Hakim olan Allahı təsbeh edər. (Cümə Surəsi, 1)
Allah yerdə, göydə, kosmosda, torpağın altında olan hər şeyin, qısası mikro və makro aləmlərdəki hər şeyin tək Yaradıcısıdır. İnsanın gözünü çevirib ətrafına baxdığı zaman gördüyü və görmədiyi hər yerdə olan nizam, qanunlar, sabit quruluş tamamilə Allaha aiddir. "Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz..." (Fatır Suresi, 41) ayəsiylə bildirildiyi kimi var olan bütün sistemi təşkil edən və qoruyan Odur.

MUSƏVVİR (Təsvir edən, hər şeyə şəkil və surət verən)

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr Surəsi, 24)
Dünyada yüz minlərlə fərqli növdə canlı yaşayır. Bu növlərin hamısı bir-birlərindən tamamilə fərqli görünüşlərə və fövqəladə xüsusiyyətlərə malikdir. Məsələn: bir kəpənəyin qanadlarındakı qüsursuz simmetriyaya nəzər salaq. Hər bir qanadın üstü müxtəlif şəkillər və rənglərlə bəzənmişdir. Bu şəkillər və rənglər nə qədər qarışıq olsada, qanadlardakı bənzərsiz simmetriya əsla pozulmur. Belə ki, bütün kəpənəklər  göz zövqünə xitab edən gözəllikdədirlər. Bu gözəllikdə təcəlli edən ağlın bir qaynağı olduğu açıqdır. Çünki sadəcə çəkilmiş bir şəkilin belə rəssamı var və şəkilin öz-özünə ortaya çıxması mümkün deyil. O halda heç kim bu cür qüsursuz yaradılmış və sənət əsəri qədər estetik olan belə bir canlı üçün təsadüfən yaranıb deyə bilməz. Bunların hamısını yaradan, hazırlayan, əmələ gətirən bütün kainatın Rəbbi olan Allahdır.

MUHİT (Əhatə edən)

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət Surəsi, 54)
Dindən uzaq yaşayan insanlar, gizli şəkildə etdikləri saxtakarlıqları, söylədikləri yalanları qarşılarındakı insanların bilmədiyini düşündükləri üçün içlərində qəribə bir həyəcan hiss edirlər. Etdiklərini çox böyük bir qazanc olaraq görür, hətta bundan ötəri 'ağılsızca' təkəbbürlənirlər. Halbuki, bütün saxtakar hərəkətlər adamın öz əleyhinədir. Belə ki, inkar edən adam zərərdə olduğunun fərqində belə deyil. Lakin hesaba qatmadığı bir nöqtə daha var: Hər şeyin üzərində şahid olan, eşidən, görən Allah özünü hər tərəfdən əhatə edir.

KƏRİM (Kərəmi bol, comərd olan)

... Kim şükr etsə, artıq o özü üçün şükr etmişdir, kim nankorluq etsə, həqiqətən mənim Rəbbim Gani (heç bir şeyə və kimsəyə ehtiyacı olmayan)dır, Kərim olandır. (Nəml Surəsi, 40)
Allah kainatı ən incə detalına qədər yaratmış və Öz sifətləriylə şəkilləndirmişdir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər Onun ağlının təcəlliləridir. Digər bütün varlıqlar kimi insanlar da Onun diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində bir tikə ət parçası olan insan doğulur, böyüyür, gözəl simaya sahib olur və beləliklə, Allahın yaratma sənətini əks etdirir. Necə ki, ayələrdə insanın üstünlüyü belə bildirilmişdir:

MÖMİN (Təhlükəsizliyi təmin edən, əmin edən)

"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox Ucadır." (Həşr Surəsi, 23)
Allah möminlərə dünyada da, axirətdə də razı olacaqları həyatı bəxş edir. Bu həyat hər cəhətdən çox mükəmməl olduğu kimi mənəvi olaraq da möminlərin çox güclü olmalarını təmin edir. Allah saleh qullarına mənəvi cəhətdən rahatlıq, arxayınlıq və əminamanlıq verir. Möminlərə dünyada çətinlik çəkdikləri dövrlərdə kömək edir, ürəklərini gücləndirir, Özünə edilən təvəkküllə rahat həyat yaşadır. Quranda Peyğəmbərimiz (səv) dövründə müharibədə məğlubiyyətin ardından Allahın möminlərə olan mənəvi dəstəyini belə izah edir:

MUKMİL (Kamala çatdıran)

... Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir. (Maidə Surəsi, 3)
İnsanı yaradan Allahdır və " Yaradan (Allah) Lətif və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?" (Mülk Surəsi, 14) ayəsiylə də vurğulandığı kimi, yaratdığı qulunu ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı biləndir.

ŞAHİD (Şahid olan, hər zaman və hər yerdə hazır olan)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir.” (İsra Surəsi, 96)
Allah əzəli və əbədidir. Mütləq olan tək varlıqdır. Zamana və məkana tabe deyil. Buna görə də keçmiş və gələcək anlayışları Allah Qatında eynidir. Allah keçmişdə olan bütün hadisələri də, gələcəkdə baş verəcək hadisələri da bilir. Kainatın ilk yaradıldığı andan etibarən, yox olacağı qiyamət gününə qədərki son ana qədər hər şeyə şahiddir.
Yaşanan hər hadisəni, söylənən hər sözü bilir. Allah Qatında gizli olan heç nə yoxdur. Onun üçün gündüzün işıqlığı da gecənin qaranlığı da birdir. Allah gecənin qaranlığında gizlənənlərin, bir yerə yığışaraq pıçıldaşanların bütün danışıqlarına da şahiddir. Cahil olan insan gecə qaranlığının günahlarını gizləyəcəyinə, heç kimin görülməyəcəyinə və bilinməyəcəyinə inanır. Halbuki, Allah insana hər an, hər yerdə şahiddir. Tək olanda da, milyardlarla insanın arasında olanda da insanın vəziyyəti Allah Qatında eynidir. Quranda bu vəziyyət belə xəbər verilir:

SAMƏD (Ehtiyacların qarşılığın verən, iztirabları aradan qaldıran)

Allah, Saməddir (hər şey Ona möhtacdır; daimdir, heç bir şeyə ehtiyacı olmayandır). (İxlas Surəsi, 2)
Bütün kainatda gerçək güc sahibi olan yalnız Allahdır. İnsanın qarşılaşdığı hər cür çətinliyi, ehtiyacı qarşılamağa qadir olan da ancaq Odur.
İnsanlar bəzən özlərini yaradan Rəbbimizi unudub Ondan başqa vəlilər əldə edir, gücü, qüdrəti və köməyi onların yanında tapmağa çalışırlar. Halbuki bu insanlar aldanırlar, çünki yuxarıda da ifadə etdiyimiz kimi Allahdan başqa güc sahibi yoxdur. Allah diləmədikcə heç kimin bir başqasına faydası və ya zərəri toxuna bilməz. Quranda bu gerçəyə belə diqqət çəkilmişdir:

RƏHMAN-RƏHİM (Mərhəmətli, verdiyi nemətləri yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər vermək surətiylə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir, rəhmət və iradə buyuran, sevdiyini-sevmədiyini ayırd etməyərək saysız nemətlərə qovuşduran)

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. (Həşr Surəsi, 22)
Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.
Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləriylə yaratdıqlarını əhatə edəndir.

MÜZİL (Zillətə salan, xor və alçaq edən)


Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. (Tövbə Surəsi, 2)
Allahın inkarçıları "dünya əzabı"nın bir hissəsi olaraq xor və alçaq edir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:
Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! (Zumər Surəsi, 25-26)

MÜHƏYMİN (Nəzarət edən və qoruyan)


O Allah olan ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox Ucadır. (Həşr Surəsi, 23)
Bütün kainatın qüsursuz bir nizam içərisində hərəkət etməsini təmin edən fizika qanunları, onları yaradan Allahın qulları üzərindəki İlahi qorumasının ən gözəl dəlillərindəndir. Məsələn: yerin cazibə qüvvəsini düşünək. Bu cazibə qüvvəsi daha zəif olsaydı nə olardı? Əvvəla yüngül əşyalar yer üzündə sabit dayana bilməzdi. Çox zəif küləklə yerdən qalxan toz və qum zərrələri saatlarla havada uçuşacaqdı. Yağış damlalarının sürəti çox yavaşlayacaq, yerə enmədən yenidən buxarlanacaqdı.

MÜQTƏDİR (Qüvvət və qüdrət sahiblərinin üzərində olan)


Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. (Kəhf Surəsi, 45)
Allah tarixdə bəzi insanları qüdrətli etmiş, onlara həm bənzəriz bir mülk vermiş, həm də mövqe sahibi etmişdir. Yaşadıqları qövmün başına keçirmiş, bütün insanların və torpaqların rəhbərliyini özlərinə vermişdir. Firon da bu insanlardan biridir. Ancaq Firon, Allaha qarşı böyüklənmiş, gerçək qüvvətin və gücün özündə olduğunu zənn etmişdir. Belə ki, bu, özünü ilah elan etməsinə qədər çatmışdır. Bu vəziyyət bir ayədə belə xəbər verilir:

MÖVLA (Dost, sahib, möminlərin dostu olan, onlara xeyr yolları açan və onları müvəffəq edən)


Xeyr, sizin mövlanız Allahdır. O, kömək edənlərin ən xeyirlisidir. (Ali-İmran Surəsi, 150)
Mömin hər kəsin və hər şeyin yaranmasını Allaha borclu olduğunu bilir. Özü də daxil olmaqla bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki var olan hər şeyin gerçək sahibi Allahdır. Buna görə də möminin yeganə dostu Allahdır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə "güvən duyğusu və dinclik" (Tövbə Surəsi, 26) endirmişdir.

MALİK-İ YƏVMİD-DİN (Din gününün sahibi)


Din gününün Malikidir. (Fatihə Surəsi, 3)
İnsanların öldükdən sonra diriləcəkləri, bir yerə yığışaraq hesab verəcəkləri gün din günüdür. O gün insanın başqalarıyla, hətta öz anası, atası, yoldaşı və uşaqlarıyla belə maraqlanmağa nə halı, nə fürsəti var. Din gününün şiddəti və fövqəladə qorxusu hər kəsi öz dərdinə salmışdır. Allah o diriliş gününü, digər adıyla din gününü Quranda belə təsvir edir:
Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? O gün heç kəs, heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır! (İnfitar Surəsi, 17-19)

LƏTİF (Lütf sahibi, lütf edən)


Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir. (Şura Surəsi, 19)
Daha əvvəl də dediyimiz kimi dünyada iki cür insan yaşayır: Allaha təslim olanlar və Onu inkar edənlər. Allah çox sayda insan yaratmış, ancaq bunlardan çox az qismini Özünə təslim olanlardan etmişdir. Quranda bir çox ayədə insanların çoxunun iman etməyəcəyindən, doğru yola yönəlməyəcəyindən bəhs edilir. Bu insanlar şeytanın yoluna tabe olduqları, Allahı unutduqları, 'vicdanları qəbul etdiyi halda' inkar etdikləri üçün cəhənnəm əhli olmağa layiq olmuşlar.

HAKİM (Hökm edən, haqqı yerinə yetirən)


(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ən'am Surəsi, 114)
Allah insanları yaratmış, yaxşılıq edənlərlə pislik edənləri ayırmaq üçün imtahan yeri olan dünyaya yerləşdirmişdir. Bundan başqa, insanlara elçilər göndərmiş və elçilərinə də doğrunu səhvdən ayırmalarını təmin edəcək hökmləri olan kitablar vermişdir. İnsanlıq tarixi boyunca bütün elçilər, göndərildikləri qövmləri Allahın əmr etdiyi hökmləri olan bu haqq kitablarla xəbərdar edib qorxutmuşlar, onları doğru yola çağırmışlar.

KƏBİR (Çox böyük)


(Allah) qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır. (Rəd Surəsi, 9)
Allah kainatdakı bütün canlıları öz idarəsi altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında dayanmadan fırlanan elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüuraltına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.

HAFİD (Yuxarıdan aşağıya endirən, alçaldan)


O alçaldacaq, ucaldacaqdır. (Vaqiə Surəsi, 3)
Hər insan müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyətinə malikdir. Məsələn: insane öz bədəninin quruluşundakı qüsursuzluğa baxdıqda detallı bir dizayn görür. Bu dizaynın detallarındakı ağıl əlamətlərini düşündükdə, bütün bunları planlayan, hazırlayan və var edənin olduğunu dərk edə bilər.
Ancaq, şübhəsiz, bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən insanlar üçün etibarlıdır. Bir də qarşılaşdıqları hadisələr üzərində heç düşünməyən insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər.

SƏMİ (Eşidən)


Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mömin Surəsi, 56)
İnsana şah damarından daha yaxın olan Allah, həm hər şeyi görən, həm də eşidəndir. Allah kainatdakı hər səsi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük sürətlə irəliləyən qalaktikaların, planetlərin, meteoritlərin səslərini eşitdiyi kimi, mikro aləmdə yaşayan və insanların gözlə əsla görə bilməyəcəyi milyardlarla canlının da səsini eşidir. Çünki Özü bütün bunları yaradandır. Allah torpağın altında yarılan toxumun da, səmada çaxan şimşəyin də, yerə düşən bir yağış damlasının və ya uçan quşun qanad səsini də eşidir. Bu gerçək "Dedi ki: "Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!" (Ənbiya Surəsi, 4) ayəsi ilə bizlərə bildirilmişdir. Şübhəsiz, Allahın böyüklüyünün və qüdrətinin dəlillərindən biri bütün kainatdakı canlı və cansız bütün səsləri eyni anda eşitməsidir.

ŞƏKUR (Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəliylə qarşılıq verən)


Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.(Təğabun Surəsi, 17)
Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükr etmələrini əmr etmişdir. Allah İbrahim Surəsinin 7-ci ayəsində şükrün əhəmiyyətinə belə diqqət çəkir: O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.

VƏDUD (Yaxşı qullarını sevən, onları rəhmət və razılığına çatdıran, yaxud sevilməyə və dostluğu qazanılmağa tək layiq olan)


O, çox bağışlayandır, çox sevəndir. (Büruc Surəsi, 14)
Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Lakin buna baxmayaraq bəziləri Allahı inkar edir, bəziləri də ölənə qədər tam səmimiyyətlə Ona sadiq qalır. Allah, Özünə vəfa göstərən qullarına çox yaxındır, dua etdikləri zaman onları eşidir və qarşılıq verir, bir çətinliklə qarşılaşdıqları zaman daim onların yanındadır. Allah iman edənləri həyatlarının hər dövründə köməyi ilə dəstəkləyir.
İnsanın dünya həyatında qazana biləcəyi ən böyük nemətlərdən biri Allahın dostluğudur. Allahın sevdiyi qulları son dərəcə şərəfli və seçkin həyat yaşayırlar. Belə insanlar hər zaman heyranlıq və təqdir qazanan üstün əxlaqa sahib olurlar.

ZÜLCƏLAL-İ VƏL İKRAM (Həm böyüklük sahibi həm kərəm və ikram sahibi olan)


Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman Surəsi, 78)
Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allahın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.
Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuq, rahat kölgəlik var. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növ-növ incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.

VARİS (Sərvətlərin müvəqqəti sahibləri əlləri boş olaraq yoxluğa döndükdən sonra varlığı davam edən, sərvətlərin həqiqi sahibi)


Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq.(Qəsəs Surəsi, 58)
İnsanlar dünyadakı həyatları boyunca daima qazanmağa, zənginliklərini, mallarını, mülklərini artırmağa çalışırlar. Hətta bəzi insanlar həyatı boyunca başqa heç bir məqsəd axtarmadan, varlığının gerçək səbəbini heç düşünmədən səhər-axşam daha çoxunu əldə etmək uğruna çalışırlar. Ancaq bu insanların göz ardı etdikləri bir gerçək var:

ŞAFİ (Şəfa verən)


"Xəstələndiyim zaman mənə şəfa verən Odur;" (Şuəra Surəsi, 80)
İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun bəzən diaqnoz belə edilə bilməməsi, Allahın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübələr, araşdırmalar Allahın yaratmadakı üstünlüyünü göstərir.

TƏVVAB (Tövbələri qəbul edib günahları bağışlayan)


Yalnız tövbə edənlər (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! (Bəqərə Surəsi, 160)
Allahın ayələrində də bildirdiyi kimi insan 'cahil və nankor' olaraq yaradılmışdır. Hər an səhv edə, günah işləyə, zəiflik göstərə bilər. Həm də özünü daim Allaha üsyan etməyə sövq edən, vəsvəsə verməyə çalışan düşməni - şeytan - var. Ancaq insana bu mənfi xüsusiyyətlərə görə edəcəyi səhvləri düzəltmək  üçün yol göstərilmişdir: Tövbə etmək...

SAİQ (Cəhənnəmə atan)

Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm Surəsi, 86)
İnsan Allaha qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allahın verdiyi bütün nemətlərə baxmayaraq yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.
Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələriylə bildirmişdir:

RAFİ (Yuxarı qaldıran, yüksəldən)


Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. (Məryəm Surəsi, 56-57)
Cahiliyyə cəmiyyətində yaşayan insanlar Allahın əmr və qadağalarından uzaq, özlərinə verilən saysız neməti təqdir etmədən yaşayırlar. Düşünmədikləri, təqdir edə bilmədikləri üçün də cəhalət içindədirlər.
Allah tarix boyu bütün cəmiyyətlərə Öz əmrlərini, qadağanlarını və tövsiyələrini çatdıran elçilər göndərmişdir. Bu yolla dindən uzaq yaşayan cəmiyyətləri, içində olduqları cəhalətdən xilas olmağa dəvət etmiş, onlara doğru yola çatmaq üçün imkan vermişdir.

RƏBBİL ALƏMİN (Aləmlərin Rəbbi)


Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə Surəsi, 36-37)
Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.

XƏBİR (Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar)

Ey iman edənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr Surəsi, 18)
İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca ancaq öz olduğu yerdə (məkanda), zamanda inkişaf edən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.

FƏTTAH (Çox yaxşı hökm verən, açan, hökm edən)


Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf Surəsi, 96)
Fəttah, Allahın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah, səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərər. Necə ki, Quranda Peyğəmbərimiz (səv)-in qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:

QƏDİM (Əvvəldən xəbərdar edən, əvvəldən bildirən)

             (Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. (Qaf Surəsi, 28)
Allah sonsuz ədalət sahibidir. Özünə qulluq etmələri üçün yaratdığı insanlara elçilər göndərmiş, elçiləri vasitəsiylə onları xəbərdar edib qorxutmuşdur. Yenə elçilərinə endirdiyi haqq kitablarla onlara doğrunu səhvdən ayıran düşünmə qabiliyyəti vermiş, yerinə yetirəcəkləri ibadətləri açıqlamış, məmnun olacağı əxlaqı xəbər vermişdir. Həmçinin, kitablarında qeybdən xəbərlər vermiş; ölümün insanlara qəflətən gələcəyini, bütün kainatın yox olacağını, qiyamətin yaxınlaşaraq gəldiyini, hesab günündə bütün insanların  'xurma dənəsindəki sap qədər belə haqsızlıq edilmədən'  hesab verəcəklərini, dünyada Özünə qulluq etməyənlərin axirətdə sonsuz cəhənnəm əzabıyla qarşılaşacaqlarını bildirmişdir.

FASIL (Ayıran, açıqlayan)


Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc Surəsi, 17)
İnsanlardan bəzisi həyatlarını dünyəvi məqsədlər əldə etmək üçün keçirir və axirəti unudaraq dünya həyatı üçün çalışırlar. Gerçək məsuliyyətini unudaraq dünya mənfəətlərinin arxasına düşürlər. Allaha ortaq qoşduqları bu bütləri razı etmək, onların məmnuniyyətini qazanmaq üçün səy göstərir və bu şəkildə çox qazanclı iş gördüklərini düşünürlər.

DAFİĞ (Bəlaları def edən, çevirən)


Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (Bəqərə Surəsi, 251)
Möminləri maddi-mənəvi hər cür təhlükədən qoruyan Allah, onlara kafirlərə, münafiqlərə, müşriklərə qarşı da böyük bir qüvvət, məğlub edilməz bir güc verər. İnkar edənlər hazırladıqları hiyləgər tələlərin, təşkil etdikləri sui-qəsd və hücumların hələ planlarını qurarkən, Allah onlar üçün bir nizam qurar. Beləliklə, vermək istədikləri zərəri möminlərdən dəf edərək tələlərini öz başlarına keçirər.