BATİN (Gizli)


Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid Surəsi, 3)
Hal-hazırda olduğunuz otaqda ətrafınıza baxın. Gözlərinizlə görə bildiyiniz hər şeyin 'hazırlanmış' olduğunu görərsiniz. Qapı, stolun üzərindəki maqnitofon, divara asılmış şəkil, pəncərə... Bütün bunların kimsə tərəfindən hazırlanıb, oraya yerləşdirildiyindən əminsiniz. İndi də pəncərədən çölə baxın. Gördüyünüz mənzərədə böyük ehtimalla dəniz, ağaclar, Günəş, səma, uçan quşlar, bəlkə ada və ya bunlara bənzər detallar olacaq. Əgər gecədirsə səmada parıldayan ulduzları və Ayı da seyr edə bilərsiniz. Yaxşı, oturduğunuz otaqdakı əşyaların kimsə tərəfindən hazırlanmış olduğuna əmin olduğunuza görə, çöldə gördüklərinizin də hazırlandığı dəqiq deyilmi?

KAFİ (Varlığı varlıqların bütün ehtiyaclarına çatan)


(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.(Zumər 36)
Allaha tam yəqinliklə iman etməyən insanları qorxudan bir çox hadisə və varlıqlar vardır. Bəziləri insanlardan gələ biləcək zərərlərdən qorxur, bəziləri təbiət hadisələrindən, bəziləri isə mal-dövlətini, sevdiklərini itirməkdən...
Halbuki, Allah yəqinliklə iman edən insanlara Quranda belə buyurur:
Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan Surəsi, 7-8)

BASIT (Açan, genişlədən, bollaşdıran)


Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245)
Allah, Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır.

BASİR (Yaxşı görən)


Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk Surəsi, 19)
İnsanın görmə qabiliyyəti, şübhəsiz, çox məhduddur. Adi gözlə görə biləcəyi məsafə ən çox bir neçə kilometrdir. Üstəlik bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da görə bildiyi ən uzaq yer onun üçün dumanlı görüntüdən başqa bir şey deyil.
İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görə bilməyəcəyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda görülmədiyindən əmindir. Bu tərz mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul tutula bilməyəcəklərini, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını sanırlar.

BARİ (Yaradan, qüsursuzca var edən)


O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24)
Yaşadığımız kainatda hara baxsaq tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar olub, bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrətamiz nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı müdhiş bir ahəng içində varlıqlarını davam etdirirlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmur və milyonlarla ildir son dərəcə sabit şəkildə davam edir.

QADİR (İstədiyini istədiyi kimi etməyə gücü çatan)


Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət Surəsi, 39)
Quranın bir çox ayəsində bildirildiyi kimi reallaşan hər hadisə Allahın elmi daxilindədir və Onun "Ol" deməsiylə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsiylədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qala bilməz və heç bir canlı Ondan xəbərsiz doğula bilməz. Kainatda reallaşan hər hadisə ancaq Onun diləməsiylə baş verir.

BAQİ (Davam edən, fani olmayan)


(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman Surəsi, 26-27)
Kainatdakı bütün varlıqlar ölümə məhkumdur. İnsan doğulur, yaşar və dünyada yaşadığı məhdud ömrün sonunda ölür. Bu son bütün insanlar üçün qaçılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölürlər. Məsələn: ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən sonda ölümə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.
Eyni şəkildə cansız varlıqların da sonu var. Zamanla hamısı məhv olmağa məhkumdurlar. Məsələn, min illərlə bundan əvvəl ehtişam içində yaşamış qövmlərdən bu gün yalnız xarabalıqların geriyə qaldığını görürük.

BAİS (Göndərən (peyğəmbər), oyandıran, dirildən)


Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Bəqərə Surəsi, 28)
Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün öləcək və məzara qoyulacaq. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük əksəriyyəti ölümü düşünmür və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu şəxslərin vəziyyətləri belə xəbər verilir:
Deyirlər: “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” (Naziat Surəsi, 10-11)

ƏZİZ (Üstün, qüvvətli, güclü, şərəfli, məğlub edilməsi mümkün olmayan, qalib olan)


Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)
Allahın 'Əziz' sifəti, Onun heç vaxt məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.
Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bununla yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.

KADİM (Əvvəldən edən, əvvəldən bildirən)

           (Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. (Qaf Surəsi, 28)
Allah sonsuz ədalət sahibidir. Özünə qulluq etmələri üçün yaratdığı insanlara elçilər göndərmiş, elçiləri vasitəsiylə onları xəbərdar edib qorxutmuşdur. Yenə elçilərinə endirdiyi haqq kitablarla onlara doğrunu səhvdən ayıracaq düşünmə qabiliyyəti vermiş, yerinə yetirəcəkləri ibadətləri açıqlamış, məmnun olacağı əxlaqı xəbər vermişdir. Və yenə kitablarında qeybdən xəbərlər vermiş; ölümün insanlara qəflətən gələ biləcəyini, bütün kainatın yox olacağını, qiyamətin yaxınlaşaraq gəldiyini, hesab günündə bütün insanların  'xurma dənəsindəki sap qədər belə haqsızlıq edilmədən'  hesab verəcəklərini, dünyada Özünə qulluq etməyənlərin axirətdə sonsuz cəhənnəm əzabıyla qarşılaşacaqlarını bildirmişdir.

KADİ (Hökmünü yerinə yetirən, işini bitirən)


Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə Surəsi, 117)
Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi bir şeyin olmasını istədiyi zaman ona yalnız 'OL' deyər və dilədiyi şey dərhal reallaşar. Şübhəsiz bu, Allahın əzəmətinin, kainat üzərindəki hakimiyyətinin açıq-aşkar bir təcəllisidir.
İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn: yer səthində sabit dayana bilmələri üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürə bilmələri üçün suyun qaldırma qüvvətinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəh olandır. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah, hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır, kimin həqiqətən qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək Özünü inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Necə ki, Quranda Allahın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn: Hz. İsanın atasız doğumu bunlara bir nümunədir:

KABİL (Qəbul edən, bağışlayan)


Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura Surəsi, 25)
İnsan həddən artıq aciz varlıqdır. Yaşamağı üçün lazım olan şərtlərin hamısı təmin edilməsə həyatını davam etdirməyi qeyri-mümkündür. Ancaq bütün bu acizliyinə baxmayaraq təkəbbür, azğınlaşma və Allaha qarşı nankorluq etməyə meyllidir. İnsanın bu xüsusiyyəti ilə əlaqədar olaraq Quranda belə bildirilir:
Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab Surəsi, 72)
Həqiqətən insan, Rəbbinə qarşı çox nankordur. (Adiyat Surəsi, 6)

ƏZM (Çox əzəmətli, böyük olan)


Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura Surəsi, 4)
Allahın böyüklüyü və əzəməti, şübhəsiz, insan qavrayış qabiliyyətinin çox üstündədir. Lakin insan yenə də öz ağlının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək.
Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı... Bunlar və burada sayılmayan saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir.

MÜTƏALİ (Ağlın dərk edə biləcəyi hər şeydən çox Uca)

“Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.” (Taha Surəsi, 114)

İnsanların bir qismi ətraflarındakı saysız-hesabsız dəlilə baxmayaraq Allahın Ululuğunu, Ucalığını təqdir edə bilmirlər. Həddən artıq aciz olduqları halda özlərini böyük görür, özlərini yaradan Allahı isə heç düşünmürlər. Bu böyüklənmə hissinin səbəbi insanın pisliyi əmr edən bir nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allahın Ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə heç nəyə güc çatdıra bilməyəcəklərini bilirlər.

ASİM (Qoruyan)


(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!”… (Hud Surəsi, 43)
İnsan aciz olduğu üçün hər an, hər cür çətinliklə qarşılaşa bilər. Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə adamı mənəvi olaraq çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unudulmamalı bir gerçək var: İnsan nə qədər məşğul olursa olsun, nə qədər acizliyindən xilas olmağa çalışsa çalışsın, Allahın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allahdır. Quranda bu vəziyyət belə bildirilmişdir:

ALİYY (Çox uca olan)



Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O ucadır, hikmət sahibidir! (Şura Surəsi, 51) 

Allah Özünü Quranda bizə tanıdıb: Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah Ucadır. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox Ucadır. Bütün mülk Allaha aiddir; O, hər şeyə gücü çatandır. O, Uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir. 

KABID (Sıxan, daraldan)


Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız (Bəqərə Surəsi, 245)
Göylərin, yerin və bu ikisi arasında olanların Yaradıcısı olan Allah, kainatdakı hər şeyin tək sahibidir. O, bütün varlıqları yaratmış və dünyanı da insanın yaşaya biləcəyi nemətlərlə təchiz etmişdir. Qullarının sahib olduğu hər cür zənginlik Allaha aiddir; mülkün tək sahibi Odur. Allah dünyadaykən dilədiyi insanları zəngin, dilədiyini də kasıb edir. Amma mal-mülk sahibi olan da, heç bir şeyə sahib olmayan da unutmamalıdırki: Sahib olunan hər şeyi verən və bunların gerçək sahibi olan Allahdır.
Allah, dilədiyi adamın imkanlarını artıraraq şükr edib etməyəcəyini, dilədiyinin də imkanlarını daraldaraq nankorluq edib etməyəcəyini sınayır. Bu səbəbdən insanların sahib olduğu və ya ola bilmədiyi şeylər özləri üçün bir qazanc deyil. Bunlar yalnız keçici dünya həyatını,yoxsa  gerçək yurd olan axirəti istədiklərini sınamaq üçün Allahın yaratdığı imtahanlardır.

HAYY (Diri, hər şeyi bilən və hər şeyə gücü çatan)


O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin Surəsi, 65)
İnsan acizdir və çox az şeyə gücü çatır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarı şüurlu halda keçir. Bu dövr boyunca baxıma möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməsə və təxirə salsa qısa müddət ərzində pis vəziyyətə düşər.
Bundan başqa insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: Yuxu. İnsan ömrünün təxminən üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa şeylər etməyi seçsə belə, buna bir iki gündən çox dözə bilməz. Hətta 24 saat yatmayan bir insanın şüurunda bulanıqlıq,idrakında yavaşlıq görülər. Həmişə təbii olaraq etdiyi şeyləri edə bilməz, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilməz, hətta danışma çətinliyi çəkməyə, bildiyi şeyləri unutmağa başlayar.

HASİB (Haqq-hesab çəkən)


Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)
Allah insanı yaradır və hələ o ana bətnindəykən ona surət verir. Hər insanı diqqətlə və tam fərqli bir yaradılışla dünyaya gətirir. Daha heç bir şeyin şüurunda deyilkən onu qoruyur, bəslənməsini və inkişafını təmin edir. Ana bətnində keçən doqquz aylıq müddət insan üçün qaranlıq bir dövrdür. Heç kim bu dövrü və doqquz ay içində Allahın özü üçün necə inanılmaz möcüzələr reallaşdırdığını bilmir. Lakin Allah, insan tək bir hüceyrəykən belə onun ilk halına şahiddir. Uşaqlıq dövrü də eyni şəkildədir. İnsanın yaddaşında uşaqlığıyla da əlaqədar yalnız bir neçə xatirə qalır. Amma Allah o bilməzkən belə hər an yanındadır, hər etdiyinə şahiddir.

ALİM (Hər şeyi çox yaxşı bilən)


Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!  (Bakara Surəsi, 115)
İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu  üzrə mütəxəssisləşirlər. Məsələn: fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

HƏMİD (Ancaq Özünə şükr edilən, bütün varlığın diliylə tək təriflənən)


(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Vəlidir, Həmiddir. (Şura Surəsi, 28)
Kainatda yaşayan bütün bitkilər və heyvanlar, Allahın onları yer üzündə yerləşdirdiyi şəkildə yaşayırlar. Beləliklə, Allahı təsbeh edib Onu ucaldırlar. Dənizin dibində yaşayan bir balıq da, səhrada yetişən bir kaktus da böyük bir təslimiyyətlə həyatını davam etdirir. Allahın özləri üçün təqdir etdiyi şəkildə yaşamaları, Onun qurduğu nizamı əsla pozmamaları bütün canlıların Allahı təsbeh etdiklərini göstərir. Səmadakı və yer üzündəki hər şey, tonlarla suyun bir yerə yığılmasıyla yaranan dənizlər, minlərlə metrə uzanan dağlar və səmada uçuşan buludlar, ard-arda çaxan şimşək və göy gurultusu da Allahı təsbeh edib ucaldır. Onun sonsuz elmini və gücünü insanlara göstərirlər. Lakin iman etməyənlər onların bu təsbehlərini qavraya bilməzlər. Allah bu gerçəyi İsra Surəsinin 44-cü ayəsində bu şəkildə insanlara bildirir:

ƏHKAM-ÜL HAKİMİN (Hökm verənlərin hakimi)




Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! (Tin Surəsi, 8)

Hər işin hökmünü verən, nəticələndirən Allahdır. Bütün hadisələr Onun əmriylə, diləməsiylə meydana gəlir və inkişaf edir. Allahın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allahın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allahın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağlın sahibidir. Üstəlik zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun hesab edəndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilməz. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nəylə nəticələnəcəyinə də hakimdir. Bu səbəbdən verdiyi hökm hər vaxt ən doğru, ən yaxşı və ən hikmətli olandır.