MUVƏFFİ (Əhdini yerinə yetirən, tam verən, ödəyən)

Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik. (Hud Surəsi, 109)
İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah Qatında yazılır. Ən kiçik detal belə unudulmur. Ayəyə görə edilən iş "... (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır." (Loğman Surəsi, 16)
Hesab günü gəldiyi zaman hamı öz əməllərini görəcək və buna uyğun da əvəz alacaq. Allah Quranda belə bildirir:

MÜBƏŞŞİR (Müjdələyən)

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura Surəsi, 23)
Quranda bildirilən mömin əlamətlərini göstərən, Allaha heç bir şeyi şirk qoşmayan və Allahın seçib bəyəndiyi din əxlaqına sonuna qədər sadiq qalaraq iman edən saleh qullar, dünyada və axirətdə alacaqları qarşılıqlarla müjdələnilmişlər. Allahın ayələriylə bildirdiyi bir müjdəsi belədir:
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Tövbə Surəsi, 21)

MÜDƏBBİR (İdarə edən, yoluna qoyan, bütün yaradılmışları nizamla və tarazlıqla idarə edən və bir-birinə köməkçi edən)

Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur... (Yunus Surəsi, 3)
Allah bütün kainatı idarə edir. Ondan xəbərsiz bir atom belə hərəkət edə bilməz. Allah kiçik bir toz zərrəsindən boşluqda sürətlə hərəkət edən planetlərə və insan gözünün əsla görə bilməyəcəyi mikro aləmdə yaşayan milyardlarla canlıya qədər hər şeyin üzərində idarəçi olan tək gücdür. Allahın izniylə dayanan səma, içində olan milyardlarla ulduz, bir-birinin ardınca irəliləyən planetlər və Günəş, tam təslimiyyətlə Allaha boyun əyiblər. Kainatdakı qüsursuz nizam bütün varlıqları hər an nəzarəti altında saxlayan və hər şeyin üzərində olan bir gücün varlığını bizə sübut edər. Bu, Allahın qüsursuz yaratmasıdır.

MÜSTƏAN (Özünə ehtiyac olunan və Özündən kömək gözlənilən)

(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya Surəsi, 112)
İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarında da Allahın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmaz. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan ancaq Allahın lütfü və rəhməti sayəsində yaşaya bilər.
Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun "Ol" deməsiylə hər dilədiyi olar.

MÜYƏSSİR (Xeyrdə və şərdə qulunun yolunu asanlaşdıran, dində asanlıq verən, heç kimə gücünün çatmayacağı yükü yükləməyən)

... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə Surəsi, 185)
Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc Surəsi, 78)

MÜZƏKKİ (Bütün qüsur və ayıblardan, mənəvi çirklərdən qullarını təmizə çıxaran, təmizləyən)

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa Surəsi, 49)
Səhvdən, qüsurdan münəzzəh olan yalnız Allahdır. İnsan isə unuda bilər, yanıla bilər, qəflətə düşüb səhv edə bilər. Bu vəziyyət insanın hər mövzuda aciz olduğunun və hər şeydə Allaha möhtac olduğunun bir göstəricisidir. Möminin vəzifəsi səhv və günahını dərk etdikdə dərhal peşman olub tövbə edərək eyni günahı təkrar işləməməyə diqqət göstərməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki bu çox böyük səhvdir. Bir ayədə belə buyrulur:
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir. (Nəcm Surəsi, 32)

ŞARİH (Açan)

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər Surəsi, 22)

Allahın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi Allahın adamın 'köksünü İslam üçün açması' ilə mümkündür. Belə ki, iman Allahın insana verdiyi ən böyük nemətdir. Allahın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər nəfsə də 'fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi' ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.

MUTAHHİR (Təmizləyən; şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyən)

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal Surəsi, 11)
İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allahın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allahın aciz bir qulu olduğu üçün, səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu gerçək bir Quran ayəsində belə xəbər verilir:
Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir Surəsi, 45)

MUSƏVVA (Şəkilləndirən, surət verən)

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar Surəsi, 6-8)

İnsan yumurta ilə spermanın birləşməsiylə əmələ gələn tək bir hüceyrədən yaranır. Bu hüceyrə ayələrdə bildirildiyi kimi əvvəl 'bir parça ət' formasındadır. Daha sonra Allah insanı şəkildən şəklə salaraq ana qarınında inkişaf etdirir və insan olaraq yer üzünə gətirir. Yer üzünə gələn insanın surəti isə şübhəsiz son dərəcə düzgündür. Allah insanın yaradılışı ilə əlaqədar belə buyurur:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin Surəsi, 64)

MUKALLİB (Çevirən (ürəkləri))

Biz onların ürəklərini və gözlərini, ilkin inanmadıqları kimi tərsinə çevirərik və onları tüğyanları içində çaşmışca gəzər bir vəziyyətdə tərk edərik. (Ənam Surəsi, 110)
İnsan Allahın özü üçün seçib bəyəndiyi dinini öyrənmədən və onu yaşamadan, Allahı haqqıyla tanıya bilməz, yaradılış məqsədini qavraya bilməz. Həyatın, ölümün, axirətin, cənnətin, cəhənnəmin, şeytanın və mələklərin nə üçün yaradıldığını da tam mənasıyla qavramaya bilməz. Milyardlarla canlının yaşadığı kainatın yaradılışındakı hikmətləri düşünməz. Bu insan ömrü boyu qəflət içində yaşayıb yenə qəflət içində ölər. Ancaq Allah insanın ürəyinə iman verdiyi təqdirdə bütün bu sualların cavabını tapar. Beləliklə, Allah daha əvvəl Özünə inanmayan insanın ürəyini çevirərək səmimi edə bilər. Əvvəldən din haqqında mənfi düşünən insan artıq müsbət düşünməyə, Onun əmrlərindən üz çevirən insan bunları dəqiq şəkildə tətbiq etməyə başlayar. Allahı heç zikr etmədiyi halda davamlı Onu xatırlamağa, heç şükr etmədiyi halda davamlı şükr etməyə başlayar. Daha əvvəl Allahın varlığının dəlillərini, Onun bağışladığı nemətləri, şəfqətini və mərhəmətini heç dərk etmədiyi halda artıq bunları açıq bir şüurla dərk edər. Belə ki, iman edən adam sanki yuxudan oyanar. Çünki Allah onun ürəyinə imanı yerləşdirmiş və küfrdən çevirmişdir.

MUHYİ (Can bağışlayan, sağlamlıq verən, dirildən, yaşadan)

O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. (Yunus Surəsi, 56)
Bir varlığa can vermək, onu yoxdan yaratmaq və onun həyatını davam etdirməsi üçün uyğun şərait yaratmaq yalnız sonsuz güc sahibi Allaha məxsus olan xüsusiyyətdir.
Allah gözlə görülməyəcək qədər kiçik bir yumurta ilə spermanı birləşdirir. Sperma yumurtanın içinə girən kimi yumurtanın ətrafı pərdəylə örtülür və həyat başlayır. Allah bu kiçik hüceyrəni əvvəl ikiyə, sonra dördə bölür, bu bölünmə sürətlə davam edir. Beləliklə, ananın qarınında möcüzəvi bir həyat başlayır. Eyni hüceyrələr bir müddət sonra fərqliləşərək həm beyni, həm sinir sistemini, həm də sərt sümükləri və qığırdaqları meydana gətirir. Beləliklə, Allah doqquz ay ərzində yoxdan görən, eşidən, danışan və düşünən insanı yaradır. Ona can bağışlayır. Bir canlının yaranma mərhələlərində baş verən bu möcüzəvi hadisələri, bir yumurtayla spermanın bacara bilməyəcəyi aydındır. Onları birləşdirən və ana qarınındakı körpəni doqquz ay ərzində qoruyaraq böyüdən yalnız Allahdır. Bu, ilk yaradılış və ilk diriltmədir.

MUBKİ / MUDHİK (Ağladan / güldürən)

Güldürən də, ağladan da Odur! (Nəcm Surəsi, 43)
Mömin yaşadığı hər şeyi Allahın yaratdığını bilir və buna görə də hər cür hadisə qarşısında Allahdan razıdır. Ən böyük çətinliyi belə təvəkküllə qarşılayır. Dünyaya aid hər şeyin müvəqqəti olduğunu bildiyi üçün bunların itkisindən kədərlənmir. Çünki bilir ki, bu dünyada əlindən çıxan hər şey gözəl əxlaq göstərdiyi üçün axirətdə özünə qat-qat artığıyla geri veriləcək. Üstəlik Allah inananlara dünyada da ən gözəl həyatı vəd etmişdir.
İnkar edənlər üçün isə vəziyyət belə deyil. Onlar yalnız dünya həyatını özlərinə məqsəd edir və yaşadıqları bütün hadisələri, qarşılaşdıqları bütün insanları Allahdan müstəqil olaraq qiymətləndirdikləri üçün ruhən sıxıntı yaşayırlar. Davamlı olaraq ətraflarındakı insanları razı etmək, dünya ehtiraslarına qovuşmaq üçün çalışmağın yaratdığı qorxu və təlaş içindədirlər.

KAVİ (Çox güclü olan)

(Bunların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir. (Ənfal Surəsi, 52)

Tarix boyu Allah müxtəlif qövmlərə elçilər göndərmiş, onların vasitəsiylə insanlara yönəlməli olduqları doğru yolu bildirmişdir. Göndərilən elçilər də tək ilahın Allah olduğunu, yalnız Allahdan qorxub çəkinməli və əmrlərini yerinə yetirməli olduqlarını qövmlərinə təbliğ etmişlər. Ancaq "Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir." (Mömin Surəsi, 22) ayəsində bildirildiyi üzrə qövmlərin çoxu inkar etmiş, elçiləri yalanlamış və Allahın əzabına layiq olmuşlar.

MAKİR (Tələ quran)

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal Surəsi, 30)

Tarix boyu haqq dinə qarşı hiylə quran inkarçılar öz eqoist ehtirasları üçün -iqtidar ehtirasları, fərdi mənfəətləri kimi- insanları dindən uzaqlaşdırmağa çalışmış və onları axirətdə "... Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz…" (Səba Surəsi, 33) deyəcəkləri vəziyyətdə qoymuşlar. Ancaq burada diqqət edilməli çox əhəmiyyətli bir nöqtə var; Allah bir ayəsində belə bildirir:

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir…  (Rəd Surəsi, 42)