XƏBİR (Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar)

Ey iman edənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr Surəsi, 18)
İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca ancaq öz olduğu yerdə (məkanda), zamanda inkişaf edən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.
Halbuki, insanı yaradan Allah, zaman və məkanın da Yaradıcısıdır; bu səbəbdən də bunlardan asılı deyil. Zamandan və məkandan münəzzəh olan Allah təbii ki, kainatda reallaşan hər hadisədən də xəbərdardır. Belə ki, içində yaşadığımız Südyolu Qalaktikasından milyonlarla işıq ili uzaqlıqda olan qalaktikada neçə ulduz olduğundan, hansı səma cisminin hansı orbiti izlədiyindən, torpağın altında yerin üzərinə çıxmağa çalışan cücərmiş toxumdan da xəbərdardır... Bundan başqa Allah bu ana qədər yaşamış, bu an yaşayan və bundan sonra da yaşayacaq bütün insanların həyatlarının hər saniyəsindən də xəbərdardır.
Kimin nə vaxt, harada doğulduğu və öldüyü, həyatı boyunca nələr etdiyi, hansı məqsədlər uğrunda səy göstərdiyi, hətta nə vaxt güldüyü, nə vaxt ağladığı kimi bütün detalların elmi də Onun qatındadır. Çünki, O hər şeyin Yaradıcısıdır. Üstəlik, bu insanların hər an gördükləri işlərlə yanaşı, ürəklərindən keçirdikləri də Allahdan gizli qalmır. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri, gizlicə hazırladıqları hər şeydən xəbərdardır.
Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!  (Ali-İmran Surəsi, 180)
Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam Surəsi, 103)
Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et. (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. (Furqan Surəsi, 58)
Qiyamət saatının məlumatı, şübhəsiz Allahın qatındadır. Yağışı yağdırar; rəhmlərdə olanı bilər. Heç kim, sabah nə qazanacağını bilməz. Heç kim də, hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz Allah biləndir, xəbərdardır. (Loğman Surəsi, 34)