VARİS (Sərvətlərin müvəqqəti sahibləri əlləri boş olaraq yoxluğa döndükdən sonra varlığı davam edən, sərvətlərin həqiqi sahibi)


Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq.(Qəsəs Surəsi, 58)
İnsanlar dünyadakı həyatları boyunca daima qazanmağa, zənginliklərini, mallarını, mülklərini artırmağa çalışırlar. Hətta bəzi insanlar həyatı boyunca başqa heç bir məqsəd axtarmadan, varlığının gerçək səbəbini heç düşünmədən səhər-axşam daha çoxunu əldə etmək uğruna çalışırlar. Ancaq bu insanların göz ardı etdikləri bir gerçək var:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər. (Kəhf Surəsi, 103-104)
Bəli, bu insanlar həyatları boyu boş bir məqsəd uğrunda səy göstərirlər. Lakin bir gün, bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri gəlir və Allahın əmriylə onların canlarını alır. Hamının qibtə etdiyi böyük sərvətə sahib olan bu insanlar yalnız bir bezə sarılaraq torpağın bir neçə metr altına basdırılır və axirətə gedərkən ömürləri boyu qazandıqları heç nəyi özləri ilə apara bilmirlər. Torpağın içinə çılpaq bədənlərindən başqa heç nə qoyulmur. Onlar istəsələr də evləri, avtomobilləri, bütün malları, torpaqları və övladları geridə qalır. Axirətdə yanlarında olan isə yalnız təqvaları və Allaha olan yaxınlıqlarıdır.
Onların arxasından yer üzünə varis olan isə yalnız Allah və Onun zəngin etdiyi səmimi qullarıdır. Yuxarıda da ifadə etdiyimiz kimi insan nə qədər istəsə belə malına, mülkünə, dünyadakı etibarına, zənginliyinə sonsuza qədər sahib ola bilməz. Əlindəki hər şey ona qısa bir müddət istifadə etməsi üçün dünyada verilən nemətlərdir. Ancaq bu nemətləri verən Allah dilədiyi zaman adamın canını alar və malı dünyada, bədəni də torpaqda buraxılaraq Allahın hüzuruna çıxarılar...
 Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və (hər şeyə) varis olan da Bizik. (Hicr Surəsi, 23)
Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya Surəsi, 89)