MÜZƏYYİN (Bəzəyən)

Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hucurat Surəsi, 7)
İmanı sevmək və imanın təsiriylə maddi, mənəvi ləzzətlərdən zövq almaq, inkardan nifrət edib onu çirkin görmək, hər nə qədər təbii davranış kimi görünsə də əslində tamamilə Allahın lütfü sayəsində qovuşulan nemətdir. Allah bu metafizik vəziyyəti yuxarıdakı ayəsiylə bildirmişdir.
Buna qarşı Allah bu böyük lütf və lütfkarlığın dəyərini möminlərə göstərmək üçün eyni vəziyyətin tərsini də inkar edənlər üçün yaratmışdır. İnkar edənlər imanın ehtiva etdiyi gözəllikləri "möcüzəvi şəkildə" görə bilmir, əksinə dindən uzaq yaşayanların qaranlıq və əzab verən "zülm" sistemindən zövq alırlar. İnkar edənlərin sistemlərinin ehtiva etdiyi bütün pisliklər, onlar üçün "bəzəkli" qılınmışdır. Allah Quranda bu sirri belə xəbər verir:
Məgər öz Rəbbindən (vəhy edilmiş) aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?! (Məhəmməd Surəsi, 14)
Allahı tanıyan və Onun üzərindəki rəhmətini görən, Onun sayəsində var olduğunu və sevib-xoşlandığı hər şeyin Ondan gəldiyini dərk edən mömin isə Allah sevgisinin və imanın üstünlüyünə çatır. İman edən insan Allahdan başqa heç kimi məmnun etmə ehtiyacı hiss etmir və Allahdan başqasından kömək gözləmir. Belə ki, ürəyi yalnız Allahı xatırlamaqla rahatlıq tapır. Allah rizası üçün bir iş görməyi, gözəl əxlaqlı olmağı, Allahın əmr və qadağalarını güdməyi, Müsəlmanlara düşkünlüyü, axirət üçün saleh əməllər işləməyi sevinc və xoşbəxtlik vəsiləsi olaraq görürlər.
Şübhəsiz bu cür möhkəm və güclü iman ancaq Allahın möminlərə olan lütfü sayəsində olur.