ƏZM (Çox əzəmətli, böyük olan)


Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura Surəsi, 4)
Allahın böyüklüyü və əzəməti, şübhəsiz, insan qavrayış qabiliyyətinin çox üstündədir. Lakin insan yenə də öz ağlının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək.
Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı... Bunlar və burada sayılmayan saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir.
İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan sonsuz əzəmət sahibi Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:
Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının nail olduqları məlumat səviyyəsinə görə kainat içində milyardlarla qalaktikanı saxlayır. Yaxşı, bu qalaktikaların içində nələr var? Yenə, elmin bizə  bildirdiyinə görə hər qalaktikanın içində milyardlarla ulduz var.. Biz də içində milyardlarla ulduzu ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dönən planetin üzərində yaşayırıq. Şübhəsiz, bu rəqəmlərlə düşündüyümüzdə, kainatın içindəki varlığımızın, bir toz zərrəciyinin dünya içindəki varlığıyla belə müqayisə edilməyəcək dərəcədə olduğu aydın olacaq.
İnsan, səmimi olaraq düşündüyündə də milyardlarla qalaktikanı yaradan və hamısını idarəsi altında tutan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu saxlayan, milyardlarla qalaktikanın hamısını idarəsi altında saxlayan böyük bir gücün sahibidir. Allah, Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:
Allah… Ondan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)