Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)
Allahın 'Əziz' sifəti, Onun heç vaxt məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.
Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bununla yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Şübhəsiz, bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də etibarlıdır. İnsan nə qədər güclü, zəngin və etibarlı olsa da, Allah qarşısında acizdir, gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı, onu Allahın əzabına qarşı qoruya bilməz. Ancaq Allaha təslim olan, Onun əmrlərinə tabe olan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda həmişə Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulur:
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)
Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran Surəsi, 4)
Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran Surəsi, 18)
Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir! (Yunus Surəsi, 65)
