(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.(Zumər 36)
Allaha tam yəqinliklə iman etməyən insanları qorxudan bir çox hadisə və varlıqlar vardır. Bəziləri insanlardan gələ biləcək zərərlərdən qorxur, bəziləri təbiət hadisələrindən, bəziləri isə mal-dövlətini, sevdiklərini itirməkdən...
Halbuki, Allah yəqinliklə iman edən insanlara Quranda belə buyurur:
Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan Surəsi, 7-8)
Ayələrdə də bildirildiyi kimi göylərdə və yerdə tək ilah Allahdır. Möminlər bilir ki, Ondan başqa heç bir varlıq özlərinə zərər və ya fayda verməyə qadir deyildir. Əgər çətinliklə qarşılaşsalar Allaha yönəlib dönür və Onun özlərinə kömək edəcəyini, dualarına qarşılıq verəcəyini bilirlər. Allahdan başqasından kömək, fayda ummurlar. Çünki yer üzündə tək güc sahibi olan Odur və heç bir varlığın Onun diləməsi xaricində zərər və ya fayda vermə qabiliyyəti yoxdur.
Buna görə də həqiqətən iman edən bir insan üçün Allah, kömək istəniləcək, qorxulacaq tək məbuddur. Necə ki, yuxarıdakı ayələrdə xəbər verilən, 'Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?' şəklindəki sualdan sonrakı ayələr belə davam edir:
Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi? Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər Surəsi, 37-38)
