BASIT (Açan, genişlədən, bollaşdıran)


Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245)
Allah, Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır.
Bu mövzuda Quranda verilmiş bir çox nümunə var. Məsələn: Hz. Musa və ona tabe olan İsrailoğulları, Fironun zülmünə görə yurdlarından çıxmaq məcburiyyətində qalmışdılar. Ancaq Firon onları təqib etmiş və tutmaq üçün ordusuyla birlikdə onları izləmişdir. Bu qaçış əsnasında Fironun ordusu ilə dəniz arasında qalan İsrailoğulları 'həqiqətən tutulduqlarını' sanmışdılar. Lakin Allah Hz. Musanın duasına qarşılıq olaraq möcüzə göstərərək dənizi yarmış və İsrailoğullarını Fironun zülmündən qurtarmışdır. Üstəlik bunun ardından Fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrailoğullarını varis etmişdir.
Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir! (Nisa Surəsi, 100) ayəsi də təcəlli etmişdir.
Şübhəsiz, Allahın vədi bütün inanan qulları üçün, hər dövrdə etibarlı olmuşdur və olacaq. Bir ayədə belə xəbər verilir:
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, görəndir! (İsra Surəsi, 30)