ƏDL (Adil olan, ədaləti əmr edən)


Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8)
Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcəkdir. Hər şeyi haqqıyla görən, hər şeyin daxilini, xaricini bilən, hər şeydən xəbərdar olan Allahın bütün işləri hikmətli və ədalətlidir. İnsanların həyatları boyu işlədikləri bütün əməllər mütləq Allahın ədalətinə görə qiymətləndiriləcəkdir. Allah Quranda zülm edənlərin zülmlərinin qarşılıqsız qalmayacağını, yaxşı bir sözün belə mükafatının veriləcəyini xəbər verir. Bütün bunların ədalətlə qiymətləndiriləcəyi yer axirətdir; Allahın sonsuz ədalətinin təcəlli edəcəyi yer...
Dünya həyatında inkarçıların peyğəmbərlərə və möminlərə çıxartdıqları çətinliklər, atdıqları şərlər, işlədikləri günahlar qarşılıqsız qalmayacaqdır. Möminlərin cənnətdəki dərəcələrini yüksəldən bütün bu çətinliklər, inkarçıların da cəhənnəmin ən alt təbəqələrində düşmələrinə vəsilə olacaqdır. Allah hesab günündə son dərəcə həssas tərəzilərlə heç kimə haqsızlıq etməyəcək, dünyada onlara verdiyi vaxtın sonunda sonsuz ədalətinə uyğun olaraq hesabını ardıcıl görəcəkdir. Şübhəsiz, Allah hər şeyi bilən və vədinə ən sadiq olandır. İnsanlar dünyada etdiklərinin qarşılığını axirətdə mütləq görəcəklər. Beləliklə, inkarçılar əməllərinin qarşılığını ən acı şəkildə tapacaq, Allaha imanlarında və bağlılıqlarında qərarlı olanlar isə etdiklərinin qarşılığını ən gözəliylə Allahdan alacaqlar. Ayədə belə buyurulur:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth Surəsi, 10)
Ancaq burada üzərində diqqətlə düşünülməli cəhət var. Allahın ədalətini düşünərkən qətiyyən bir insanın ədalət anlayışıyla müqayisə edilməməlidir. Çünki inkar edən insan istəkləri və zəifiliyi qaşısında aciz qala bilər, ədalətli olmağa çalışarkən duyğusallıq göstərə bilər, bir mövzu haqqında səhv hökmlər verə bilər və etdiklərini unuda bilər. Ən vacibi də qarşısındakının içindən keçirdiklərini bilməsi mümkün deyil. Allah isə əsla səhv etməz və əsla unutmaz. Hər insan üçün onun hər hərəkətinə nəzarət edən və qeyd edən mələklər təyin edib. Bu mələklər insanların həm içindən keçəni, həm də bütün hərəkətlərini yazırlar. Nəticə olaraq Allah insanın ruhuna tamamiylə hakimdir. Ən ədalətli hökm verəcək olan da Rəbbimizdir. İsra Surəsinin 71-ci ayəsində, Allahın sonsuz ədalət sahibi olduğu belə xəbər verilir:
Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük qədər haqsızlıq edilməz. (İsra Surəsi, 71)
Bütün pisliklərin, inananların əleyhinə qurulan qruplaşmaların, hazırlanan tələlərin qarşılığı ən kiçik detalına qədər axirətdə veriləcək. Əslində, Allah inkarçılara dünya həyatında yalnızca onların pisliklərini artırmağa səbəb olacaq mal, mülk, zənginlik və bunun kimi bir çox imkan verə bilər. Allah ayələrində bunlara aldanmamağı bildirmişdir. Çünki qısa dünya həyatındakı mənfəətin axirətdəkinin yanında heç bir mənasının və əhəmiyyətinin olmadığı şübhəsiz həqiqətdir. Həm də sonsuz cəhənnəm inkarçılara get-gedə yaxılaşarkən...
Əsil yurd olan axirətdə hər nəfs etdiklərini qarşısında hazır tapacaq. Allah sonsuz ədalətinin təcəllisini qullarına, cənnətində və cəhənnəmində sonsuza qədər göstərəcək. Allah ən sonunda Özünə inananlarla inanmayanların arasını haqq ilə ayıracaq.
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mümtəhinə Surəsi, 8)
Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir! (Nisa Surəsi, 58)
Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə Surəsi, 42)
De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!” (Səbə Surəsi, 26)